top
Gəncədə Borçalı köçkünlərinin tikdiyi Qızılhacılı məscidi
20 oktyabr 2021, 11:30
- +

Gəncədə Borçalı köçkünlərinin tikdiyi Qızılhacılı məscidi

Qızılhacılı məscidi Gəncə şəhərinin qədim Qızılhacılı məhəlləsində, Təbriz küçəsində yerləşir. Tikili məhəllə sakinlərinin vəsaiti ilə 1877-ci ildə inşa edilib. Bu tarix, bir zamanlar, məscidin üzərində olan, ərəbcə yazılan kitabədə də göstərilmişdir.

Buraya el arasında Şabanlı məscidi də deyilir. Ehtimal edilir ki, məscidin Şabanlı adlandırılması məhəllədə yerləşən tayfa və ya onun başçısının adı ilə bağlıdır. Həmçinin bu binanı tikən və ya tikilməsinə təşəbbüs göstərən şəxsin adı ilə bağlı olduğu da güman edilir.

1801-1802-ci illərdə Borçalı, Qazax, Şəmşəddil mahalları ruslar tərəfindən işğal edildikdən sonra, oranın əhalisi Gəncəyə köçməyə başlamışdır. Gəncə hökmdarı Cavad Xan onlara köməklik edərək, köçkünləri şəhərin Böyük Bağman bölgəsində yerləşdirmişdir. Borçalıdan gələnlər burada Qızılhacılı məhəlləsini salıb, sonra özlərinə bu məscidi tikiblər.

Qızılhacılı məscidi kərpicdən tikilib. Məscidin günbəzi üçkünc formada olan dəmirlər ilə örtülüb, onun üzərində isə kuzə və aypara var. Onlar 1980-ci ildə, bərpa işləri zamanı qoyulub. Qapının yan tərəfindənki divarda ikitağlı oyuq, üstündə də həmin oyuqların formasını təkrar edən pəncərə var.

Məscidin içində mehrab yoxdur. Ehtimal edilir ki, mehrab Sovet dövründə dağıdılıb. Bu zamanlar məscidin binasından ateizm klubu və anbar kimi istifadə edilib. Həmçinin burada diş poliklinikası da yerləşib.

Hal-hazırda bu məsciddə 22 saylı kitabxananın filialı kimi fəaliyyət göstərir.

[caption id="attachment_3811" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_3812" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Mənbələr:


  1. Sevinc Abdullayeva. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu. 525-ci qəzet. 2014.

  2. https://www.youtube.com/watch?v=Ej8WuCw9b5Y

  3. Azərbaycan Respublikası məcsidlərinin ensiklopediyası. Bakı-2001.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:44

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:10

Gəncənin mərkəzində sürücüləri "tələyə" salan çuxur

Bütün xəbərlər
Dünən, 17:00

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Dünən, 15:00

98 yaşında vəfat edən Vidadi Babanlının ildönümüdür

Tarix
Dünən, 13:00

Gəncənin Şatırçılar məhəlləsi: XIX əsrdə içməli su satanların küçəsi

Bütün xəbərlər
Dünən, 11:00

Oğlu qətlə yetirilən ata cinayətkarı anasına görə bağışladı

Bütün xəbərlər
Dünən, 09:00

Gəncədə dayanacaqlar var, pavilyonlar isə yoxdur

Bütün xəbərlər
15 avqust 2026, 16:58

Gəncədə çinarın dibini zibilxanaya çeviriblər

Bütün xəbərlər
15 avqust 2026, 15:02

Gəncədə 6 ildir tikilən idman məktəbi HƏLƏ HAZIR DEYİL

Tarix
15 avqust 2026, 14:22

Ömrünü Gəncə teatrına həsr edən rejissorun vəfatından 31 il ötür

Tarix
15 avqust 2026, 13:10

Sovetlərin qorxduğu GƏNCƏLİ: İsmayıl xan

Bütün xəbərlər
15 avqust 2026, 12:23

13 yaşlı qız atasının dostundan hamilə qaldı

Bütün xəbərlər
15 avqust 2026, 11:01

Avtozavod qəsəbəsində küçə işıqlandırılmır, elektrik təchizatı da zəifdir

Bütün xəbərlər
15 avqust 2026, 10:39

"Kəpəz" Premyer Liqanın ilk turunda çətin rəqiblə qarşılaşacaq

Bütün xəbərlər
15 avqust 2026, 09:51

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Bizim fəxrimiz
15 avqust 2026, 09:07

Gəncəli alim beynəlxalq reytinqlərdə liderdir

Bütün xəbərlər
14 avqust 2026, 18:00

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

Bütün xəbərlər
14 avqust 2026, 17:29

Sel çaya qalaq-qalaq zibil gətirdi

Bütün xəbərlər
14 avqust 2026, 16:20

Sürücü qəza törətdi – Anbaan görüntülər

Bütün xəbərlər
14 avqust 2026, 14:54

Gəncənin yaxınlığında qarayara infeksiyası ilə bağlı postlar qurulub – DEZİNFEKSİYA

Bütün xəbərlər
14 avqust 2026, 14:47

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Bütün xəbərlər
14 avqust 2026, 14:02

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
14 avqust 2026, 12:51

Sifarişli qətlə görə beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
14 avqust 2026, 12:18

Ötən gün 62 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər