top
Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq
Bu gün, 10:51
- ↺ +

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Qırğızıstanın təhsil naziri Doqdurkul Kendirbayeva Azərbaycanın Bişkekdəki səfiri Lətif Qəndilovla görüşüb. Səfir görüş zamanı Azərbaycan dilinin tədrisi üçün Qırğızıstana gəlmiş müəllim Ülkər Verdiyevanı nazirə təqdim edib.

Gencexeber.az məlumat verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, azərbaycanlı müəllimin ölkəyə gəlişi Qırğızıstan və Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Qırğızıstan və Azərbaycan dilləri müəllimlərinin qarşılıqlı mübadiləsi ilə bağlı razılaşmaları çərçivəsində təşkil olunub:

"Ülkər Vərdiyeva Bişkekdə N.Gəncəvi adına 103 nömrəli ümumtəhsil məktəbində və H.Əliyev adına 20 nömrəli məktəbdə Azərbaycan dilini tədris edəcək. Öz növbəsində, Qırğızıstandan olan müəllim Azərbaycana gedəcək və burada qırğız dili və qırğız ədəbiyyatını tədris edəcək.

Kendirbayeva azərbaycanlı müəllimə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb və qeyd edib ki, təhsil və mədəniyyət mübadilələri iki ölkə arasında qarşılıqlı anlaşmanın inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Qəndilov Qırğızıstan və Azərbaycan xalqlarının inteqrasiyasında dil və mədəniyyətin rolunu vurğulayıb.

Hazırda Bişkekdə Azərbaycanın maliyyə dəstəyi ilə tikilmiş iki məktəb - N.Gəncəvi adına 103 nömrəli məktəb və H.Əliyev adına 20 nömrəli məktəb fəaliyyət göstərir. Onlar 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri zamanı açılıb.

Bundan əlavə, Azərbaycanın Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın adından "Aykol Manas" məktəbi tikilib. Məktəbin açılış mərasimində Qırğızıstan və Azərbaycanın prezidentləri Sadır Japarov və İlham Əliyev iştirak ediblər".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumuruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Dünən, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Dünən, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Dünən, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
28 sentyabr 2026, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
28 sentyabr 2026, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Oxşar xəbərlər