Gəncə bədii gimnastika üzrə Açıq Region Birinciliyinə ev sahibliyi edib.
Gencexeber.az məlumat verir ki, Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Gəncə komandası da iştirak edib.
Gimnastlar müxtəlif yaş kateqoriyalarında ümumilikdə 12 medal qazanıblar:
2020-ci il təvəllüdlülər:
- Əsmər Məmmədova – 1-ci yer;
- Narin Səlimova – 2-ci yer;
- Ayan Qulubeyli – 3-cü yer.
2019-cu il təvəllüdlülər:
- Aysun Rüstəmova – 1-ci yer;
- Siyasət Məmmədova – 2-ci yer;
- Dəniz İsmayılova – 3-cü yer.
2018-ci il təvəllüdlülər:
- Həcər Abbaszadə – 1-ci yer;
- Əsma İsmayıl – 2-ci yer;
- Emili Əminova – 3-cü yer.
2017-ci il təvəllüdlülər:
- Nigar Orucova – 1-ci yer;
- Büşra Quliyeva – 2-ci yer.
2015-ci il təvəllüdlülər:
- Turanə Məmmədova – 2-ci yer.
Qeyd edək ki, iştirakçı diplomuna 2016-cı il təvəllüdlü Nilay Yüsifli və Bətül İsmayıl layiq görülüblər. Nuray Məmmədova (2018) və Mehin Məmmədzadə (2015) də yarışda iştirak ediblər.
Məlumat üçün bildirək ki, Gəncə komandasının gimnastları yarışa məşqçi Nurcahan Əliyeva və köməkçi məşqçi Türkan Hüseynlinin rəhbərliyi altında hazırlaşıblar.