2026-cı ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində doğulanların sayı ölənlərin sayından az olub.
Gencexeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2026-cı il oktyabrın 1-nə Gəncə şəhərinin əhalisi 331 min nəfər təşkil edib.
Cari ilin ilk 9 ayında şəhərdə 1434 doğum, 1567 ölüm qeydə alınıb. Beləliklə, Gəncədə təbii artım göstəricisi mənfi olub, gəncəlilərin sayı 133 nəfər azalıb.