Gəncənin Mirzə Cəfər Topçubaşov küçəsində işıqlandırma sistemi 5 gündən artıqdır ki, işləmir.
Gencexeber.az-a müraciət edən sakinlərin sözlərinə görə, şəhərin gediş-gəlişin intensiv olduğu və əhalinin sıx yaşadığı ərazinin qaranlığa qərq olması həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.
Gəncəlilər bildirirlər ki, gecə saatlarında işıqlandırmanın olmaması hərəkəti çətinləşdirir və yol-nəqliyyat hadisələri riskini artırır.
Şikayətçilər aidiyyəti qurumlardan problemin qısa müddətdə aradan qaldırılmasını və küçə işıqlandırma sisteminin bərpa olunmasını tələb edirlər.
Məsələ ilə bağlı Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (MKTİB) sorğu ünvanlanıb.