top
Gəncəli xanım TikTokdan patlar sifariş etdi, puldan oldu
Bu gün, 15:07
- ↺ +

Gəncəli xanım "TikTok"dan patlar sifariş etdi, puldan oldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə sakini Bakıda fəaliyyət göstərdiyi iddia olunan bir neçə sosial şəbəkə səhifəsi vasitəsilə uşaq geyimlərinin satışı adı altında dələduzluq edildiyini bildirir. 

Gencexeber.az-a müraciət edən Çiçək Zeynalın sözlərinə görə, "TikTok"da mütəmadi satış videoları paylaşan "Baby Rich Official" adlı mağaza səhifəsindən Gəncəyə çatdırılma da daxil olmaqla, ümumilikdə 180 manat dəyərində uşaq geyimi sifariş edib və qarşı tərəfin təqdim etdiyi bank kartına köçürüb.

Onun sözlərinə görə, sifarişin səhər tezdən göndəriləcəyi vəd edilsə də, ertəsi gün mağaza tərəfindən telefon nömrəsi bloklanıb.

Çiçək Zeynal qeyd edib ki, məsələ ilə bağlı Kəpəz Rayon Polis Şöbəsinə şikayət edib.

O bildirib ki, başqa telefon nömrəsi ilə həmin səhifələrə müraciət etdikdə də alış-veriş üçün eyni ünvan təqdim olunub. Lakin göstərilən ünvanda mağazanın olmadığı üzə çıxıb.

Şikayətçinin iddiasına görə, satışla məşğul olan şəxslər ödənişləri qəbul etmək üçün müxtəlif bank kartlarından istifadə edirlər.

Çiçək Zeynal həmçinin "Babybrand 1", "Baby Rich Official" və "Premium Kids" adlı səhifələrin eyni şəxslər tərəfindən idarə olunduğunu və oxşar üsulla alıcıların aldadıldığını iddia edir.

Qeyd edək ki, redaksiyamız tərəfindən sözügedən mağaza səhifələrində qeyd olunan əlaqə nömrələri ilə əlaqə saxlamağa cəhd edilib. Lakin qarşı tərəf məsələyə münasibət bildirməkdən kobu şəkildə imtina edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan redaksiyamızın sorğusuna cavab olaraq bildirilib ki, şikayətçinin müraciəti əsasında araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq, məsələyə hüquqi qiymət veriləcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:19

İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil

Bütün xəbərlər
Bu gün, 12:18

Yolda sevgilisini yandıran kişi 9 il həbs edildi

Bütün xəbərlər
Bu gün, 11:45

Cüdoçularımız "Qızıl Tatami Kuboku"nda medal qazandılar

Bütün xəbərlər
Bu gün, 10:56

Gəncədə xəstəxanada otaq yoldaşını boğub öldürən HƏBS EDİLMƏDİ

Bütün xəbərlər
Bu gün, 10:32

Tüfeylilərin zibillədikləri küçə TƏMİZLƏNİB

Bütün xəbərlər
Bu gün, 09:30

Gəncədə "Hyundai" zoomağazaya çırpıldı

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə avtobus dayanacağı heyvan tullantıları ilə qonşu olub

Bütün xəbərlər
Dünən, 18:00

Gəncə idmançıları Mingəçevirdə keçirilən turnirdə 6 medal qazandı

Bütün xəbərlər
Dünən, 17:21

Gəncədə sabah havanın günəşli və yağıntısız olacağı gözlənilir

Bütün xəbərlər
Dünən, 17:15

Deputat: "Vətəndaşın əlilliyi ləğv olunmazdan əvvəl işlə təminatı məsələsinə də baxılmalıdır"

Bütün xəbərlər
Dünən, 16:52

Hərbçilərin həyat yoldaşlarına 500 manat müavinət verilə bilər

Bütün xəbərlər
Dünən, 16:18

Gəncənin zülmətə dönən küçələri

Bütün xəbərlər
Dünən, 15:19

Gələn il minimum gəlir vergisi 5% olacaq

Bütün xəbərlər
Dünən, 14:46

"Kəpəz"in "Qarabağ"la oyununa 1 günə 8400 bilet satıldı

Bütün xəbərlər
Dünən, 14:00

Müdafiə Nazirliyi 810 min manatlıq ayaqqabı kremi alır

Bütün xəbərlər
Dünən, 12:52

SSR-i hələ dağılmamışdı, amma bayrağımız Gəncədə dalğalanırdı

Bütün xəbərlər
Dünən, 12:20

"Tez-gəl" dükanından araq oğurladı, 15 sutka həbs edildi

Bütün xəbərlər
Dünən, 11:48

Quş qripinə qarşı monitorinq keçiriləcək

Bütün xəbərlər
Dünən, 11:17

Gəncədə bu bağçada diş-dişə dəyir

Bütün xəbərlər
Dünən, 10:16

Evdən kişi və qadının meyiti tapıldı – QORXUNC TƏFƏRRÜATLAR

Bütün xəbərlər
Dünən, 10:09

Gəncəli idmançı Bakıda keçirilən turnirin qalibi oldu

Bütün xəbərlər
Dünən, 09:37

Gəncədə binada mənzilləri su basıb

Bütün xəbərlər
Dünən, 08:27

Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:06

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub

Bütün xəbərlər
Dünən, 00:01

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bütün xəbərlər
16 noyabr 2026, 16:57

Yeni tələb müəllimlərin narazılığına səbəb oldu

Bütün xəbərlər
16 noyabr 2026, 15:53

Eksternat təhsil üzrə keçiriləcək imtahanlar üçün sənəd qəbuluna başlanılır

Oxşar xəbərlər