Gəncə şəhərinin idmançıları Mingəçevirdə MMA və grappling idman növləri üzrə keçirilən açıq turnirdə uğurlu nəticə göstəriblər.
Gencexeber.az məlumat verir ki, şəhidlərin əziz xatirəsinə həsr olunmuş yarışda Gəncəni təmsil edən idmançılar 2 qızıl və 4 gümüş medal qazanıblar:
- Emin Cabbarov – 58 kq (U-15), grappling üzrə I yer;
- Əli Əliyev – 34 kq (U-13), MMA üzrə I yer;
- Əli Yolçuyev – 62 kq (U-20), grappling üzrə II yer;
- Həsən Verdiyev – 53 kq (U-15), grappling üzrə II yer;
- Murad Hüseynov – 55 kq (U-13), grappling üzrə II yer;
- Növrəstə Cabbarova – 43 kq (U-17), grappling üzrə II yer.
Bununla yanaşı, Gəncəni təmsil edən Əmrahov Xəyal, Əliyev Əjdər və Layicov Seymur turnirdə hakim qismində iştirak ediblər.
Turnirin keçirilməsində əsas məqsəd gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onları idmana cəlb etmək və regionlarda MMA və grappling idman növlərinin inkişafına töhfə vermək olub.