Gəncəli ağır atlet Dinara İbrahimli beynəlxalq yarışda uğurlu nəticə əldə edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Gencexeber.az məlumat verir ki, 2001-ci il təvəllüdlü idmançı Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən XXXVIII Beynəlxalq ağır atletika turnirində iştirak edib.
Olimpiya çempionu və dördqat dünya çempionu Kanıbek Osmonaliyevin xatirəsinə həsr olunmuş turnirdə Dinara İbrahimli qadınlar arasında 61 kiloqram çəki dərəcəsində mübarizə aparıb.
İdmançı birdən qaldırma hərəkətində 79 kiloqram, təkanla qaldırma hərəkətində isə 99 kiloqram ağırlığın öhdəsindən gəlib. Ümumilikdə 178 kiloqram nəticə göstərən Dinara İbrahimli yarışın qalibi olub.
İdmançıya birinci yerə görə diplom və mükafat təqdim olunub.