Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Gencexeber.az məlumat verir ki, rayondakı "ASAN Xidmət" Mərkəzinin qarşısında hamilə qadın bıçaqlanıb. Qadının vəziyyəti ağırdır.
Əraziyə polis əməkdaşları cəlb edilib. Təfərrüatlar dəqiqləşdirilir.
Polisin keçirdiyi tədbirlər nəticəsində S.Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qardaşı Ə.Məmmədzadə saxlanılıb.