Gədəbəy rayonunun Arıqıran kəndində quraşdırılan generatorun yaratdığı səs-küy sakinlərin narazılığına səbəb olub.
Gencexeber.az-a bu barədə kənd sakini tərəfindən şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, "Setnet" internet provayderi onun yaşadığı evin yaxınlığında generator quraşdırıb. Generatorun fasiləsiz səsi isə ciddi narahatlıq yaradır.
Sakin bildirir ki, gecələr səs-küy səbəbindən yatmaqda çətinlik çəkir, gündüz saatlarında isə evdə rahat istirahət edə bilmir.
Bundan əlavə, generatorun kənd bələdiyyə binasının yaxınlığında yerləşməsi burada çalışanların da iş mühitinə mənfi təsir göstərir.
Şikayətçi probleminin aradan qaldırılması üçün provayder şirkətindən müvafiq tədbirlərin görülməsini xahiş edir.
Qeyd edək ki, tərəfimizdən "Setnet" internet provayder şirkətinin qaynar xəttinə şikayətlə bağlı məlumat verildi. Bizimlə əlaqə saxlanılacağını bildirildilər.