Gəncədə 15 yaşlı yeniyetmə yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. 2011-ci il təvəllüdlü Ö.Rzayev yaşayış binasının 5-ci mərtəbəsindən yıxılıb.
Ağır xəsarət alan yeniyetmə dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Oğlanın hansı şəraitdə hündürlükdən yıxıldığı hələlik məlum deyil. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: lent.аz