8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ekoloji Park Kompleksində ağacəkmə aksiyası baş tutub.
Gencexeber.az məlumat verir ki, aksiyaya Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları qatılıblar.
Analoji tədbir Gəncə şəhərində yerləşən Heydər Əliyev Park-Kompleksində baş tutub. Aksiyada Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, gənclər və könüllülər iştirak ediblər.