Gəncə güləş məktəbinin yetirməsi Tunar Quliyev beynəlxalq arenada böyük uğura imza ataraq "Dakar-2026" Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olub.
Gencexeber.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü idmançı çimərlik güləşi üzrə 70 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Final görüşündə Gürcüstan təmsilçisi ilə qarşılaşan Tunar Quliyev rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, Gəncə Şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi bundan əvvəl Bakıda keçirilən U-17 Dünya çempionatında da uğurlu çıxış edərək bürünc medal qazanıb.