top
Unudulmaz gəncəli aktrisanın anım günüdür
Bu gün, 14:48
- ↺ +

Unudulmaz gəncəli aktrisanın anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Gəncədə dünyaya gələn aktrisa Amaliya Pənahovanın anım günüdür.

Gencexeber.az məlumat verir ki, Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncədə anadan olub. On yaşında ailəsi ilə Bakıya köçüb. 1964-cü ildən teatr və kino sahəsində fəaliyyət göstərən aktrisa ömrü boyu 500-dən artıq obraz yaradıb.

18 yaşında İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasında Nargilə roluna dəvət olunub. Tofiq Kazımovun quruluşunda hazırlanan tamaşa ona böyük uğur gətirib. Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti və Ofeliya obrazları isə aktrisaya geniş populyarlıq qazandırıb.

Amaliya Pənahova 1974-cü ildə Əməkdar artist, 1985-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1968 və 1972-ci illərdə dövlət mükafatları alıb. 1982-ci ildə ilin aktrisası elan edilib.

Aktrisa rejissor kimi də fəaliyyət göstərib, 12 televiziya və teatr tamaşasına quruluş verib. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və uzun müddət onun rəhbəri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor kimi dərs deyib.

2000–2005-ci illərdə Milli Məclisin deputatı olan Amaliya Pənahova 2013-cü ildə sənətşünaslıq elmləri doktoru elmi dərəcəsini alıb.

Şəxsi həyatı ilə də diqqət çəkən aktrisa həyat yoldaşı Yusiflə sənətə başladığı illərdə tanış olub. Onların bir oğlu və bir qızı dünyaya gəlib.

Amaliya Pənahova Azdramada səhnələşdirilən "Təhminə və Zaur" tamaşasında Təhminə rolunu ifa edib. Zaur obrazını canlandıran Fuad Poladovla aralarında olan incikliyə baxmayaraq, aktyorun təşəbbüsü ilə barışaraq birlikdə səhnəyə çıxıblar. Tamaşa teatr tarixinin uğurlu səhnə əsərlərindən birinə çevrilib.

Ömrünün son illərində plastik əməliyyatları və görünüşü ilə bağlı yayılan fotolar da müzakirələrə səbəb olub. Aktrisa həmin fotoların yayılmasından narazılığını açıq şəkildə ifadə edib.

Amaliya Pənahova 2018-ci il noyabrın 8-də, 73 yaşında xərçəng xəstəliyindən vəfat edib. Qurd Qapısı qəbiristanlığında dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
Bu gün, 12:25

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
Dünən, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Dünən, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Dünən, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Dünən, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Dünən, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Dünən, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Dünən, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Dünən, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Dünən, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Dünən, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
06 noyabr 2026, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
06 noyabr 2026, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
06 noyabr 2026, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Oxşar xəbərlər