Gəncə şəhərində küçə və prospektlərin, parkların, eləcə də yaşayış binalarının yerləşdiyi məhəllələrin abadlaşdırılması üçün vəsait ayrılacaq.
Müvafiq işlərin satın alınması ilə bağlı müqavilə artıq bağlanıb. Layihənin sifarişçisi Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyidir. Müqaviləyə əsasən, nəzərdə tutulan işləri "Gəncə Körpü Tikinti-2" ASC həyata keçirəcək.
Sifarişçi tərəfindən icraçı şirkətə 4 598 827 manat vəsait ödəniləcək.
Abadlıq işlərinin konkret hansı küçə, prospekt, park və məhəllələri əhatə edəcəyi barədə məlumat verilməyib.
Mənbə: pravda.аz