top
Kəpəzin nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik
Bu gün, 15:51
- ↺ +

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu mövsüm Azərbaycan Premyer Liqasında uğurlu nəticələr əldə edən "Kəpəz"in futbolçusu Benito müsahibə verib.

– "Kəpəz" Azərbaycan Premyer Liqasında son altı oyunda məğlub olmayıb. Bu nəticəni necə qiymətləndirirsiniz?

– Bu uğura görə çox xoşbəxtəm. Amma hələ qarşıda uzun yol var. Hazırkı nəticələrə komanda işi, qətiyyətimiz və azarkeşlərimizin dəstəyi sayəsində nail olmuşuq.

– Komanda xüsusilə ev oyunlarında yaxşı nəticələr əldə edir. Doğma meydanda oynamaq futbolçuların çıxışına fərqli təsir göstərir...

– Düşünürəm ki, bəli. Doğma meydanda oynamaq bizim üçün çox xoşdur. Çünki azarkeşlərimiz yanımızda olur və onların dəstəyi bizə ikiqat motivasiya verir. Buna görə onlara təşəkkür edir və böyük hörmət bəsləyirəm. Həmçinin yeni stadionumuz var və burada yaxşı futbol oynaya bilirik.

– Mövsüm başlamazdan əvvəl belə nəticələr əldə edəcəyinizi gözləyirdiniz?

– Şəxsən mən buna 100 faiz inanırdım. Hətta bəzi komanda yoldaşlarıma da demişdim ki, məğlub olmağa öyrəşməmişəm. Məğlubiyyətin qaçılmaz olduğu hallarda belə, meydanda əlimizdən gələni etdiyimizi, bütün gücümüzü və ürəyimizi ortaya qoyduğumuzu bilərək, ləyaqətlə uduzmaq daha yaxşıdır. Futbolçuların və məşqçi heyətinin səviyyəsini gördükdən sonra komandamızın yaxşı nəticələr qazanmaq və yüksək yerlər uğrunda mübarizə aparmaq üçün hər şeyə malik olduğunu düşündüm. Heyətimizdə istedadlı futbolçular, həmçinin çox yaxşı məşqçi və digər əməkdaşlar var. Mən hər zaman pozitiv düşünən insan olmuşam.

– Komandanın mövsümün qalan hissəsi üçün hədəfləri nədən ibarətdir? Avrokuboklara vəsiqə qazanmaq şansınızı necə qiymətləndirirsiniz?

– Hələlik tələsməyə ehtiyac yoxdur. Çempionatın başa çatmasına çox var. Biz meydanda öz işimizi görməli, hər oyuna ayrıca köklənməli, mübarizə aparmalı və xal qazanmaq üçün əlimizdən gələni etməliyik. Mövsümün sonunda komandanın hansı mövqedə olacağını görəcəyik. Amma avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik. Bunun üçün hələ çox işləməliyik. Heç kim bizə qələbəni hədiyyə etməyəcək. Buna görə də hər xal uğrunda mübarizə aparacağıq.

– Nigeriya millisinin əsas komandasında çıxış etməmisiniz. Sizcə, gələcəkdə yığmaya dəvət almaq şansınız varmı?

– Bunu zaman göstərəcək. Bir dəfə Nigeriya millisinin əsas komandasına dəvət almışdım, lakin meydana çıxmaq imkanım olmadı. Nigeriyada, Fil Dişi Sahilində və "Top-5" liqalarında çıxış edən çoxlu rəqib futbolçular var. Bundan başqa, mən Nigeriya çempionatında oynamamışam və ölkə futbolu, federasiya ilə birbaşa əlaqəm olmayıb. Buna görə də yenidən dəvət almaq çətin ola bilər. Amma heç nəyi əvvəlcədən demək olmaz. Hələlik diqqətimizi klubumuza yönəltmişik. Əgər milli komandadan dəvət gələrsə, ölkəmizi təmsil etmək vəzifəmizi şərəflə yerinə yetirəcəyik.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Bu gün, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Bu gün, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Bu gün, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Bu gün, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Bu gün, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Bu gün, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Bu gün, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Bu gün, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Bütün xəbərlər
Dünən, 15:45

Gəncədə avtomobil evin hasarına çırpılıb

Oxşar xəbərlər