Gəncədə Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gencexeber.az məlumat verir ki, yüksək surətlə hərəkətdə olan "Hyundai" markalı avtomobil qarşı tərəfdən hərəkət edən "Coca Cola" şirkətinə məxsus yük avtomobili ilə toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.