Azərbaycan Texnologiya Universitetinin (ATU) fəal və könüllü tələbələri 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində ekoloji aksiya təşkil ediblər.
Gencexeber.az bildirir ki, onlar Gəncə şəhərinin tarixi və mədəni simvollarından olan Nizami Gəncəvi məqbərəsi ətrafında növbəti geniştərkibli təmizlik və abadlıq aksiyası keçiriblər.
"Təmiz mühit, yaşıl gələcək" devizi altında birləşən gənclər ərazini məişət tullantılarından təmizləyərək, tarixi məkanın estetik görünüşünün qorunmasına dəstək olublar. Toplanan tullantılar çeşidlənərək müvafiq qaydada ərazidən kənarlaşdırılıb.