Azərbaycan Texnologiya Universitetinin (ATU) əməkdaşına elmi ad verilib.
Gencexeber.az məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Hüsnü Kərimova dosent elmi adı verilib.
H.Kərimov bu ada "Toxuculuq və yüngül sənaye materiallarının və məhsullarının texnologiyası" ixtisası üzrə layiq görülüb.
O, dizayn və sənaye texnologiyaları kafedrasının əməkdaşı olaraq fəaliyyət göstərir.