Noyabrın 4-də Azərbaycanın üç rayonunda bəzi ərazilərdə qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Gencexeber.az-a Şəmkir Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri və aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar saat 09:00-dan etibarən işlər başa çatanadək Daşkəsən rayonunun Qaraqollar, Qazaxyolçu, Zağalı və Xoşbulaq kəndlərində, Tovuz rayonunun "Alakol Sənaye" və Şəmkir rayonunun "Çinarlı Sənaye" ölçü qovşaqları üzrə qeyri-əhali abonentlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.