2026-cı ilin yanvar-sentyabr aylarında Gəncədə hotel və mehmanxana tipli obyektlərdə təxminən 58,3 min gecələmə qeydə alınıb.
Gencexeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, hesabat dövründə ölkə üzrə hotellərdə ümumilikdə 3 milyon 239,3 min gecələmə qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azdır.
Gecələmələrin ümumi sayının 55,9 faizi Bakının, 5,2 faizi Qusarın, 5,1 faizi Naftalanın, 4,7 faizi Xaçmazın, 3,9 faizi Qəbələnin, 3,4 faizi Qubanın, 3 faizi Lənkəranın, 1,8 faizi isə Gəncənin payına düşüb.
Qeyd edək ki, hesabat dövründə ölkə üzrə mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 497,3 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.