top
13 il əvvəl törədilmiş qətllə bağlı məhkəmə başlayır
Bu gün, 12:22
- ↺ +

13 il əvvəl törədilmiş qətllə bağlı məhkəmə başlayır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı cinayət işi üzrə məhkəmə başlayır.

Gencexeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətində verilən xəbərə görə, 5 avqust 2013-cü il tarixdə Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.

İstintaqla 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq Kifayət Məhərrəmovanın yaşadığı mənzilə daxil olaraq üzərindəki qatlanan cib bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra isə mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşmasına dair əsaslı şübhələr müəyyən edilib.

22 sentyabr 2026-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyal Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:57

Gəncəli Əməkdar artistin anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:49

9 ayda Gəncə hotellərində 58 mindən çox gecələmə qeydə alınıb

Bütün xəbərlər
Bu gün, 11:33

Azərbaycanda 16 mindən çox çoxuşaqlı ailə var

Bütün xəbərlər
Bu gün, 11:23

Gəncədə keçirilən əməliyyatla bağlı rəsmi açıqlama - YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 10:58

Marketə maskalı basqın etdi, 4 il həbs edildi

Bütün xəbərlər
Bu gün, 10:12

Yeni ombudsman bu gün seçiləcək

Bütün xəbərlər
Bu gün, 09:35

Gəncədə vaxtilə uşaqlara xidmət edən ərazi zibilliyə çevrilib

Bütün xəbərlər
Bu gün, 09:33

17 yaşlı qızı qaçıran ana və oğullarına CƏZA VERİLDİ

Bütün xəbərlər
Bu gün, 09:02

Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var

Tarix
Bu gün, 00:01

3 noyabr 2020: Vətən müharibəsinin 38-ci günü

Bütün xəbərlər
Dünən, 17:20

"Stop" sözü "Toxta" ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ

Bütün xəbərlər
Dünən, 16:48

Koronavirusun yeni ştamı bir neçə qitəyə yayıldı: Azərbaycanda vəziyyət necədir?

Bütün xəbərlər
Dünən, 16:16

Gəncədə tələbələr üçün konsert keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:33

Sabah Gəncədə 24 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:35

Gəncədə sürücülər üçün imtahan keçiriləcək

Bütün xəbərlər
Dünən, 14:02

Gəncə Fizioterapiya Reabilitasiya Mərkəzi bağlanmayıb – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:34

Bu ay 11 gün işləməyəcəyik

Bütün xəbərlər
Dünən, 11:58

Uşaqlarımıza istilik daha tez verilsin - Gəncədə valideynlərdən ÇAĞIRIŞ

Bütün xəbərlər
Dünən, 11:38

Gəncədə reabilitasiya mərkəzi ləğv olunur

Bütün xəbərlər
Dünən, 11:26

Gəncədə 66 yaşlı qadını maşın vurub

Bütün xəbərlər
Dünən, 10:58

Ağır qəza: bir ailənin 5 üzvü xəstəxanaya çatdırılıb

Bütün xəbərlər
Dünən, 10:10

Əsgərini neytral zonadan təxliyə edərkən şəhid olan gəncəlinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:34

Həyatının 35 ilini elmə həsr edib – TƏLTİF EDİLDİ

Oxşar xəbərlər