top
Gəncədə keçirilən əməliyyatla bağlı rəsmi açıqlama - YENİLƏNİB
03 noyabr 2026, 11:23
- ↺ +

Gəncədə keçirilən əməliyyatla bağlı rəsmi açıqlama - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Gencexeber.az bildirir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında bildirilib.

"İstintaq və əməliyyat-axtarış tədbirləri ilə sözügedən Xidmətin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi Rüfət Alıyevin 2026-cı ilin sentyabr ayında Gəncə şəhərində fəaliyyət göstərən sahibkardan vergi yoxlaması həyata keçirilən zaman daha az miqdarda maliyyə sanksiyası tətbiq edilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin tam dairəsinin və belə əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək", - məlumatda deyilir.

***

10:42

Gəncədə saxlanılan vergi müfəttişi həbs olunub.

Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı olan Rüfət  Alıyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə cinayət işi açılıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən R. Alıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verilib.

Məhkəmənin 29 oktyabr tarixli qərarı ilə Rüfət Alıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Lakin məlumata görə, o, həmin qətimkan tədbirindən apellyasiya şikayəti verib.

Mənbə: lent.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Yeni tələb müəllimlərin narazılığına səbəb oldu

Bütün xəbərlər
Bu gün, 15:53

Eksternat təhsil üzrə keçiriləcək imtahanlar üçün sənəd qəbuluna başlanılır

Bütün xəbərlər
Bu gün, 14:59

Evin həyətini zibilliyə çevirdilər, küçəni bit basdı - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 13:41

Qonşusunu qətlə yetirib meyitini quyuya atan şəxsə 11 il HƏBS

Bütün xəbərlər
Bu gün, 12:46

Gəncəli ağır atlet 178 kiloqramı ram edərək BİRİNCİ OLDU

Bütün xəbərlər
Bu gün, 12:06

Gəncə musiqi ictimaiyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Bu gün, 10:52

Gəncədə nənəsinin evindən 100 minlik oğurluq etdi, çöp də qalmadı

Bütün xəbərlər
Bu gün, 10:46

Gəncəli iş adamı Türkiyədə vəfat etdi

Bütün xəbərlər
Bu gün, 10:20

Gəncənin mərkəzi küçələrində təmizlik işləri aparılıb

Bütün xəbərlər
Bu gün, 09:21

Gəncədə kommunal xətlər çəkildi, yollar bərbad vəziyyətdə qaldı

Bütün xəbərlər
Dünən, 13:00

17 yaşlı qızı qaçıran ana və oğullarına 13 il 6 ay CƏZA VERİLDİ

Bütün xəbərlər
Dünən, 11:00

Regionumuzda şagirdlərin daşınmasına 451 min manat xərclənəcək

Bütün xəbərlər
14 noyabr 2026, 16:43

Gəncədə dilənçilərin ətrafa dağıtdığı zibillər təmizlənib

Bütün xəbərlər
14 noyabr 2026, 14:08

Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi

Bütün xəbərlər
14 noyabr 2026, 13:25

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

Bütün xəbərlər
14 noyabr 2026, 12:27

Gəncədə poliklinikaların telefon nömrələri işləmir? - İDDİA

Bütün xəbərlər
14 noyabr 2026, 11:57

Sabahdan istilik mövsümü başlayır

Bütün xəbərlər
14 noyabr 2026, 11:11

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

Bütün xəbərlər
14 noyabr 2026, 10:57

Bu il 116 uşaq övladlığa verilib

Bütün xəbərlər
14 noyabr 2026, 09:42

12 yaşlı yeniyetməni maşın vurub

Bütün xəbərlər
14 noyabr 2026, 09:08

ADAU məzunu Oksford Universitetinin müəllimi oldu

Bütün xəbərlər
13 noyabr 2026, 22:46

Gəncədə dilənçilər zibilləri ətrafa dağıdırlar – ŞİKAYƏT

Bütün xəbərlər
13 noyabr 2026, 17:22

Hamilə qadın bıçaqlandı, qardaşı şübhəli qismində saxlanıldı

Bütün xəbərlər
13 noyabr 2026, 16:48

Gəncədə bazar rəhbərliyi sahibkarların quşlarını "həbs etdi" - İDDİA

Oxşar xəbərlər