Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın 1918-ci ildə Gəncədə qərargah kimi istifadə etdiyi və qaldığı evdə təmizikk işləri görülüb.
Gencexeber.az məlumat verir ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən sözügedən tarixi məkan yuyulub, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ərazidə səliqə-sahman yaradılıb.
Yığılan tullantıların aidiyyatı üzrə daşınması təmin edilib.