top
Azərbaycanda yeni cərimələr – 250 manatdan 1050 manata kimi...
Bu gün, 15:02
- ↺ +

Azərbaycanda yeni cərimələr – 250 manatdan 1050 manata kimi...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşib.

Gencexeber.az bildirir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
  
Layihəyə görə, dövlət xidmətlərinin göstərildiyi informasiya ehtiyatlarında və sistemlərində aparılan təkmilləşdirilmə işləri barədə xidmət istifadəçilərinin elektron qaydada məlumatlandırılmamasına görə – vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.

Xidmət istifadəçilərinin dövlət xidmətlərinin göstərilməsi qaydaları ilə bağlı məlumatlandırılmamasına görə – vəzifəli şəxslər üç yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə edilir. Elektron xidmət üzrə dövlət rüsumlarının və (və ya) xidmət haqlarının (ödənişlərin) xidmətin göstərilməsi zamanı elektron formada ödənilməsi imkanının təmin edilməməsinə görə – vəzifəli şəxslər dörd yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.

Xidmət istifadəçilərinin müraciətlərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd təqdim edilməməsinə və ya informativ xidmət göstərilməklə zəruri informasiya verilməməsinə görə vəzifəli şəxslər beş yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Xidmət istifadəçilərinə dövlət xidmətlərinin göstərilməsindən imtinanın və ya xidmətin göstərilməsinin dayandırılmasının hüquqi əsası, habelə şikayət etmək hüququ barədə məlumat verilməməsinə görə vəzifəli şəxslər altı yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.

Əlilliyi olan şəxslərin dövlət xidmətlərindən istifadəsinə şərait yaradılmamasına və ya normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda onlara səyyar xidmət göstərilməməsinə görə – vəzifəli şəxslər yeddi yüz əlli manatdan səkkiz yüz əlli manatadək məbləğdə cərimə edilir.

Dövlət xidməti üzrə məlumatlar Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmədən dövlət xidmətinin göstərilməsinə görə – vəzifəli şəxslər səkkiz yüz əlli manatdan doqquz yüz əlli manatadək məbləğdə cərimə edilir. Dövlət xidmətlərinin göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq dövlət xidmətlərinin göstərilməməsinə və ya nəticəsi barədə xidmət istifadəçilərinin məlumatlandırılmamasına görə – vəzifəli şəxslər doqquz yüz əlli manatdan min əlli manatadək məbləğdə cərimə edilirlər.
  
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq, külək əsəcək - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:22

Azərbaycanda əhalinin gəlirlərinin cəmi 2,4 faizi qənaətə yönəlib

Bütün xəbərlər
Bu gün, 12:44

Gəncədə partlayan su borusu bir aydan çoxdur təmir edilmir

Bütün xəbərlər
Bu gün, 12:10

Bəzi həkimlərə rütbələr veriləcək

Bütün xəbərlər
Bu gün, 11:08

Maaşınızı istənilən bankdan ala biləcəksiniz

Bütün xəbərlər
Bu gün, 10:32

Gəncədə hava soyuduqca qazın təzyiqi aşağı düşür - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 09:55

Yeni Ombudsman namizədləri onlardır

Bütün xəbərlər
Bu gün, 09:45

Gəncəli Şuşa fatehlərinin doğum günüdür…

Bütün xəbərlər
Dünən, 22:37

Gəncəli məktəbli Mədinə Rəfibəylinin ilk romanı işıq üzü görüb

Bütün xəbərlər
Dünən, 17:12

Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib

Bütün xəbərlər
Dünən, 16:41

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Bütün xəbərlər
Dünən, 15:33

Barışıq üçün getdiyi evdə qətl törətdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 14:42

Gəncə Memorial Kompleksinin ərazisi təmizlənib

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:44

Gəncədə eyni gündə dünyaya gəldilər, Vətən üçün şəhid oldular…

Bütün xəbərlər
Dünən, 12:13

Tələbəmiz Azərbaycan çempionatında fərqləndi

Bütün xəbərlər
Dünən, 11:02

6 ildə həbsxanalarda doğulan uşaqların SAYI

Bütün xəbərlər
Dünən, 10:32

Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 10:04

Gəncəlilər 18 nömrəli avtobus xəttindən NARAZIDIR

Bütün xəbərlər
Dünən, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

KCİ-nin 78 yaşlı sədrinin Azərbayacandan çıxışına QADAĞA

Bütün xəbərlər
28 oktyabr 2026, 17:35

Azərbaycanda nikahların sayı azalır

Bütün xəbərlər
28 oktyabr 2026, 17:03

Gəncəli şahmatçılar "Shirvan Open – 2026" festivalında uğur qazanıblar

Oxşar xəbərlər