Ürək nahiyəsində şiddətli ağrılarla Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 56 yaşlı pasiyentin qəfil ürəyi dayanıb.
Gencexeber.az məlumat verir ki, hadisəyə dərhal müdaxilə edən tibbi heyət tərəfindən ürək-ağciyər reanimasiyası, döş qəfəsinin kompressiyası və defibrilyasiya tədbirləri həyata keçirilib.
Reanimasiya prosesi zamanı pasiyentin ürəyi iki dəfə dayansa da, həkimlərin operativ, koordinasiyalı və peşəkar müdaxiləsi nəticəsində hər iki halda spontan qan dövranı bərpa edilib. Müalicəsi uğurla başa çatan şəxs vəziyyəti yaxşılaşdığı üçün oktyabrın 28-də evə buraxılıb.