Gəncənin şahmatçıları beynəlxalq festivalda fərqlənməyi bacarıblar.
Gencexeber.az məlumat verir ki, "Shirvan Open – 2026" Beynəlxalq Şahmat Festivalında Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri uğurlu nəticələr əldə ediblər.
Şahmatçılarımızın qazandığı nəticələr belədir:
- Ələsgərov Ümid – B qrupunda I yer;
- Əliyeva Nigar – 8 yaşlı qızlar arasında I yer;
- Bağırova Duyğu – B qrupunda II yer;
- Həsənli Nərmin – B qrupunda qızlar arasında II yer;
- Əsgərzadə Nərmin – 10 yaşlı qızlar arasında II yer;
- Cəfərova Bahar – 12 yaşlı qızlar arasında III yer;
- Əliyev Rəşid – 8 yaşlı oğlanlar arasında III yer.
Gəncəli şahmatçıların bu uğuru şəhərimizin idman sahəsində qazandığı nailiyyətlər sırasına daha bir töhfədir.