Gəncə şəhər 23 nömrəli tam orta məktəbin IV sinif şagirdi Mehdi Qurbanov sərbəst güləş üzrə V Kəmər Turnirində birinci yeri tutub.
Gencexeber.az məlumat verir ki, Bakıda yeniyetmələr arasında təşkil olunan turnirdə iştirak edən Mehdi Qurbanov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Qeyd edək ki, idmançımız təcrübəli məşqçi Rauf Xəlilovun rəhbərliyi altında yarışa hazırlaşıb.