Gəncə şəhərində ağacların təhlükəli vəziyyətdə olması sakinlərin narahatlığına səbəb olub.
Gencexeber.az-a daxil olan şikayətlərə görə, sözügedən hal şəhərin Əziz Nəzərov küçəsində, Azərbaycan Texnologiya Universitetinin yaxınlığında yerləşən çoxmənzilli binaların həyətində uzun müddətdir müşahidə edilir.
Sakinlərin sözlərinə görə, ərazidə yerləşən ağac bina sakinləri, xüsusilə də uşaqlar üçün təhlükə yaradır.
Vətəndaşlar aidiyyəti qurumların əraziyə baxış keçirməsini, ağacların vəziyyətinin qiymətləndirilməsini və təhlükənin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini tələb edirlər.