Qazax-Bakı avtomobil yolunun 125-ci kilometrliyində asfalt örtüyü deformasiyaya uğrayıb.
Gencexeber.az-a müraciət edən vətəndaşın sözlərinə görə, Şəmkir rayonu ərazisində asfalt örtüyü iritutumlu avtomobillərin hərəkətinin nəticəsi olaraq yararsız hala düşüb. Bildirilib ki, problem aylardır davam edir.
Sürücü aidiyyəti qurumlardan yolun zədələnmiş hissəsinin qısa müddətdə təmirini və təhlükəsiz hərəkətin təmin olunmasını tələb edir.