Gəncə Regional Turizm İdarəsi tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən yerləşmə müəssisələrində monitorinq həyata keçirilib.
Gencexeber.az bildirir ki, monitorinq zamanı müəssisələrdə yaradılmış mövcud şərait, son dövrlərdə aparılmış yenilənmə və təmir işləri, habelə təqdim olunan xidmətlərin ümumi səviyyəsi yerində qiymətləndirilib.
Eyni zamanda, obyektlərin fəaliyyəti ilə bağlı mövcud vəziyyətə dair ətraflı tanışlıq aparılmış, son dövrlərdə baş vermiş yeniliklər və inkişaf istiqamətləri qeyd edilib.