top
Erməni həkimin qurbanı olan gəncəli sənətkarın anım günüdür
Bu gün, 11:25
- ↺ +

Erməni həkimin qurbanı olan gəncəli sənətkarın anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün gəncəli sənətkar Nəzakət Məmmədovanın anım günüdür. 

Gencexeber.az məlumat verir ki, Nəzakət Əli qızı Məmmədova 28 fevral 1944-cü ildə Gəncədə dünyaya  göz açıb. Uşaq yaşlarında atasını itirib.

Valideynləri onun müəllim olmasını istəyirdilər. Bunu nəzərə alan gənc qız Bakıda Xarici Dillər İnstitutuna daxil olur. Amma təhsilini yarımçıq qoyaraq, 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna girir.

Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov veriblər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.

O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır. Türkiyə, İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olur.

Nəzakət Məmmədova boynundakı qırışlardan azad olmaq üçün Soçidə plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviçə müraciət edir. Lakin 21 oktyabr 1980-ci il tarixində əməliyyat zamanı cərrah bıçaqla müğənninin şah damarını kəsir və sənətkar dünyasını dəyişir.

Əslən erməni olan həkim törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir. Sonradan aparılan istintaq zamanı bəlli olub ki, əməliyyat edən plastik cərrah yox, salonda işləyən manikür ustası imiş.

Xanəndə Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. Lakin illər keçəndən sonra o, Gəncədə yaşayan bacısı Kifayət Məmmədovanın yuxusuna girib və ona: "məni Bakıda tək qoymusan, mən sənin yanında olmaq istəyirəm", - deyib. Kifayət xanım həmin yuxudan sonra onun və anasının məzarını Bakıdan Gəncəyə - İmamzadə Məzarlığına köçürüb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:00

Tünzalə Ağayevanın 51 yaşı tamam oldu

Bütün xəbərlər
Bu gün, 10:28

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:58

Cinsi yolla keçən infeksiyaya yoluxmuş gənclərin 95%-i kişilərdir

Bütün xəbərlər
Bu gün, 09:12

"Gəncəsayağı" TƏMİR: yolu qazıb getdilər

Bütün xəbərlər
Bu gün, 00:01

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
Dünən, 17:34

Şəmkirli generalla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox…

Bütün xəbərlər
Dünən, 17:00

Gəncə karateçiləri 8 medal QAZANDILAR

Bütün xəbərlər
Dünən, 16:34

Gəncədə küçələrdən birinə şəhid Rəhman Dünyamalıyevin adı verildi

Bütün xəbərlər
Dünən, 16:04

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bütün xəbərlər
Dünən, 15:52

Gəncədə Borçalı köçkünlərinin tikdiyi Qızılhacılı məscidi

Bütün xəbərlər
Dünən, 15:18

Gəncədə daha bir məhəllə AĞ GÜNƏ çıxdı

Bütün xəbərlər
Dünən, 14:44

Sabah yüksək dağlıq ərazilərə qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:19

Gəncəçay çayının məcrası TƏMİZLƏNİB

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə oğlanların sayı qızları ÜSTƏLƏYİR

Bütün xəbərlər
Dünən, 12:43

Qadının döyülməsində şübhəli bilinən QAYIN axtarılır – DİN

Bütün xəbərlər
Dünən, 12:15

Hərbi hissəni özbaşına tərk edənlər cərimələnəcək

Bütün xəbərlər
Dünən, 11:53

Reper Navai azadlığa buraxıldı

Bütün xəbərlər
Dünən, 10:34

Evə gec gəldiyinə görə döyülən qadın ərini bağışladı

Bütün xəbərlər
Dünən, 09:33

ATU-da günəş panelli işıq dirkləri quraşdırılıb

Bütün xəbərlər
Dünən, 09:04

Bu yolayrıcı DİQQƏTSİZLİYİ BAĞIŞLAMIR

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

20 oktyabr 2020: Vətən Müharibəsinin 24-cü günü

Bütün xəbərlər
19 oktyabr 2026, 16:49

Gəncədə magistral yolda işıqlandırmanın olmamasının SƏBƏBİ

Oxşar xəbərlər