Oktyabrın 18-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində 600-ə yaxın idmançının iştirakı ilə "Caspian Open" karate turniri keçirilib.
Gencexeber.az məlumat verir ki, yarışda Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançıları uğurlu nəticələr əldə ediblər.
Əməkdar məşqçi Ziya Namazovun yetirmələri turniri 1 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vurublar:
- Hüseyn Hüseynli (10–11 yaş qrupu, 35 kq) – Qızıl medal;
- Ramal Səfərov (16–17 yaş qrupu, 68 kq) – Gümüş medal;
- Həmzə Hacıyev (16–17 yaş qrupu, 61 kq) – Gümüş medal;
- Ramal Muradov (14–15 yaş qrupu, 52 kq) – Gümüş medal;
- Həsənağa Vəliyev (10–11 yaş qrupu, 35 kq) – Gümüş medal;
- Ramil Muradov (8–9 yaş qrupu, 28 kq) – Bürünc medal;
- Yusif Sadıqov (14–15 yaş qrupu, +70 kq) – Bürünc medal;
- Ağa Atayev (U-21 yaş qrupu, 75 kq) – Bürünc medal.