Gəncənin "Star Pro" komandasının gimnastları Bakıda keçirilən beynəlxalq yarışda uğur qazanıblar.
Gencexeber.az-ın məlumatına görə, oktyabrın 18-də baş tutan gimnastika üzrə beynəlxalq yarışda Gəncəni təmsil edən 6 idmançı müxtəlif kateqoriyalar üzrə çıxış edib. Gimnastlar 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Yarışda fərqlənən idmançılar:
– Mədinə İntiqam qızı Alızadə – I yer (2021-ci il təvəllüd, 29 nömrəli məktəb);
– Məhəbbət Vasif qızı Allahverdili – I yer (2014-cü il təvəllüd, 30 nömrəli məktəb);
– Əsnad Muxtar qızı Əliyeva – II yer (2020-ci il təvəllüd, 10 nömrəli məktəb);
– Dəniz Fərid qızı Abdullayeva – II yer (2019-cu il təvəllüd, 7 nömrəli məktəb);
– Mədinə Tahir qızı Quliyeva – II yer (2021-ci il təvəllüd, 44 nömrəli məktəb);
– Selay Tural qızı Məmmədova – III yer (2019-cu il təvəllüd, 31 nömrəli məktəb).
Bundan əlavə, komandanın üzvləri Deniz Abdullayeva və Əsnad Əliyeva fərqlənmə diplomlarına layiq görülüblər.
Qeyd edək ki, gimnastların şəxsi məşqçisi Elza Ələkbərovadır.