Gəncə şəhərində Şəddadilər küçəsinin sakinləri yolun və səkilərin bərbad vəziyyətdə olmasından narazıdırlar.
Gencexeber.az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, küçədə asfalt örtüyü uzun illərdir yenilənmir. Yolun müxtəlif hissələrində yaranan iri çuxurlar avtomobillərin hərəkətini çətinləşdirir və nəqliyyat vasitələrinə ciddi ziyan vurur.
Bununla yanaşı, küçədə səkilər də təmirsiz vəziyyətdədir. Sakinlər bildirirlər ki, səkilərin qum və çınqıldan ibarət olması piyadaların hərəkətində çətinlik yaradır.
Vətəndaşlar aidiyyəti qurumlardan Şədadilər küçəsinə baxış keçirilməsini, yolun asfalt örtüyünün yenilənməsini və səkilərin təmir olunmasını xahiş edirlər.