Gəncə şəhər stadionunun ərazisində axşam saatlarında işıqlandırmanın olmaması narazılığa səbəb olub.
Gencexeber.az-a müraciət edən vətəndaşın sözlərinə görə, "Kəpəz" futbol klubunun oyunlarından dərhal sonra stadionun ətrafında, o cümlədən avtomobillərin park edildiyi hissədə işıqlar yanmır.
Sakinlər bildirir ki, ərazidə bir dənə də olsun küçə lampası yanmayıb. Bu hal sürücülərin hərəkətini çətinləşdirir və yol-nəqliyyat hadisələrinin baş verməsi üçün zəmin yaradır.
Vətəndaşlar aidiyyəti qurumlardan problemin həllini, stadionun ərazisində və avtomobil dayanacağında işıqlandırmanın təmin olunmasını xahiş edir.