Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib.
Gencexeber.az bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Oktyabrın 19-da Valeh Ələsgərovun 80 yaşı tamam olacaq.
Qeyd edək ki, o, əslən samuxludur. 2005-ci il noyabrın 6-da 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib.