Bu gün şəhid Nicat Qasımovun doğum günüdür.
Gencexeber.az xatırladır ki, Nicat Elşən oğlu Qasımov 17 oktyabr 1991-ci ildə Gəncədə anadan olub. O, 33 nömrəli tam orta məktəbi bitirib. 1 nömrəli Peşə liseyinin məzunu olub.
2010-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə cəlb olunub. O, Vətən müharibəsində könüllü atıcı iştirak edib. Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub.
Nicat Elşən oğlu Qasımov 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. İki gün sonra Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Nicat Qasımov ölümündən sonra Prezident tərəfindən "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.