Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərdəki dayanacaqlar yuyulub.
Gencexeber.az məlumat verir ki, şəhərin küçə və prospektlərində mövcud olan dayanacaqlar təzyiqli su vasitəsilə yuyulub və qurumun canlı qüvvəsi tərəfindən silinərək təmizlənib.
Dayanacaqlarla paralel olaraq ətraf səkilər, çəpərlər, köşklər, işıq dirəkləri, zibil qutuları və reklam lövhələri də yuyularaq toz-torpaqdan təmizlənib.