Qobustan Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə beynəlxalq kəmər turniri keçirilib.
Gencexeber.az məlumat verir ki, yarışda Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə UGİM-in idmançısı uğurlu nəticə əldə edib.
Yarışın nəticələrinə əsasən, Məhəmməd Məmmədov 62 kq çəki dərəcəsində birinci yeri tutub. O, medal və diplomla təltif edilib.