Gəncəli məktəbli Ləman Əhmədova uğura imza atıb.
Gencexeber.az məlumat verir ki, o, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən "Məktubum Şuşaya" adlı yazı müsabiqəsində birinci yerə layiq görülüb.
Ləman Əhmədova K.D. Uşinski adına 29 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir.
Qeyd edək ki, Ləman tanınmış aktyor Fəxrəddin Manafovun yaxın qohumudur.