Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncə ilə yanaşı ölkənin digər bölgələrində də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Gəncədə havanın temperaturu gecə 2-7° isti, gündüz 12-16° isti olacaq.