2025-ci ildə Gəncə şəhərində tam orta təhsil haqqında attestat alaraq həmin il ali təhsil müəssisələrinə qəbul olunanların sayı 1 408 nəfər təşkil edib.
Gencexeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Gəncədə attestat alan məzunların 38,5 faizi həmin il ali məktəblərə qəbul olunub. Bu göstərici cinslər üzrə fərqlənib: kişilərdə 33,8 faiz, qadınlarda isə 43,5 faiz olub.
Ali təhsil müəssisələrinə qəbul olunan 1 408 nəfərin 637-si kişi, 771-i isə qadın olub. Beləliklə, qadın məzunların ali məktəbə qəbul göstəricisi kişilərlə müqayisədə 9,7 faiz bəndi daha yüksək olub.