Güclü külək Gəncədə iri gövdəli çinar ağacının budağını qırıb.
Gencexeber.az-ın məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Ağacın iri budağı mağazanın damına, bir evin və iki avtomobilin üzərinə düşüb. Nəticədə mağazanın tavanına və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Aşmış budağın ərazidən götürülməsi istiqamətində işlər aparılır.