Birinci Qarabağ müharibəsinin döyüşçüsü, qazi Faiq Məmmədov vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
F.Məmmədov qəfil ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Məmmədov Faiq Şikar oğlu Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub.
Birinci Qarabağ müharibəsi dövründə Eldar Bağırov adına 845 saylı ərazi müdafiə taborunun tərkibində düşmənə qarşı döyüşüb. 1992-ci ildə ermənilərə əsir düşüb. 2 il 6 aydan sonra əsirlikdən qaçmağı bacarıb.
Mərhum Mingəçevir şəhərində məskunlaşmışdı.
Mənbə: ölkə.аz