Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 22-də ölkənin qərb bölgəsində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Gəncə, Göygöl, Goranboy, Daşkəsən və Gədəbəydə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.