Gəncəli parataekvondoçusu İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Gencexeber.az məlumat verir ki, idmançımız K44 kateqoriyasında, 70 kiloqram çəki dərəcəsində fəxri kürsüyə yüksəlib.
Paralimpiya çempionumuz 1/8 finalda almaniyalı Kolja Qrabe, 1/4 finalda isə türkiyəli Yusuf Yunaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
İmaməddin Xəlilov yarımfinalda meksikalı Xuan Qarsiyaya uduzaraq mundialı bürünc medalla başa vurub.
Qeyd edək ki, İmaməddin Xəlilov 2024-cü il Yay Paralimpiya Oyunlarının açılış paradında Azərbaycanın bayraqdarı olub. O, Yay Paralimpiya Oyunlarında 70 kq qədər çəki dərəcəsində qızıl medal qazanaraq Azərbaycan tarixində parataekvondo üzrə ilk Paralimpiya çempionu olub.