top
Azərbaycanın ilk Baş prokurorunun müəmmalı ölümündən 34 il ötür
Bu gün, 10:05
- ↺ +

Azərbaycanın ilk Baş prokurorunun müəmmalı ölümündən 34 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1990-cı illərdə təzyiqlərə baxmayaraq, Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbov ermənilərə qarşı mövqeyini açıq bildirib. 

Gencexeber.az məlumat verir ki, o, 1991-ci ildə verdiyi son müsahibədə ermənilərin cinayətlərinin sovet rəhbərliyi tərəfindən cəzasız qalmasına etiraz edib, bu əməlləri "biabırçılıq" adlandırıb. Qayıbov 20 Yanvar faciəsini "Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə" adlandırıb və bildirib ki, "bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrə çıxıblar".

18 noyabr 1991-ci ildə Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq Respublika rəhbərliyindən Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edib. Buna səbəb həmin ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması idi. Telefon zəngindən sonra Bakıda siyahı tərtib edilir. Rəsmi Moskva həmin vaxt Azərbaycanda nüfuza malik şəxslərin, o cümlədən İsmət Qayıbovun bu siyahıda yer alması üçün xüsusilə israr edir. Siyahıya keçmiş SSRİ-nin dövlət xadimi Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, faciədən bir gün əvvəl onun adı siyahıdan çıxarılır.

Siyahıya daxil olan 22 nəfər Ağdama uçaraq Xocavəndin ermənilər tərəfindən yandırılmış kəndinin sakinləri ilə görüş keçirir və hadisə yerinə getmək qərara alınır. 20 noyabr 1991-ci ildə Ağdam uçuş zolağından Mİ-8 tipli iki helikopterin uçması planlaşdırılır. Lakin dövlət məmurlarının mindiyi vertolyot müşayiət olunmadan, təhlükəsizliyi təmin edilmədən havaya qalxır. Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu saat 14:42-də vurulur. Vertolyotda olan 22 nəfər dövlət məmuru, o cümlədən İsmət Qayıbov həlak olurlar.

Qəzanın səbəbi olaraq helikopterin hava şəraiti ilə bağlı qayaya çırpılması göstərilsə də, sonradan ekspertiza nəticəsində onun vurulma faktı təsdiqlənib. Bəzi dəlillərə əsasən, vertolyotun içərisində yanğın baş verməzdən əvvəl atışma olub. Vurulmuş helikopterin "qara qutusu" Azərbaycan hakimiyyəti tərəfindən Moskvaya təhvil verilib və tezliklə onun yandığı elan edilib. Həmin il bu faktla bağlı Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılsa da, sonradan istintaq dayandırılıb.

Qeyd edək ki, İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Orta təhsilini Gəncə şəhər 1 saylı Maksim Qorki adına məktəbdə alıb. Hazırda Gəncədə 1 nömrəli tam orta məktəb İsmət Qayıbovun adını daşıyır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncənin mərkəzində dilənçilər sürücüləri bezdirib

Bütün xəbərlər
Bu gün, 00:20

Bu gün Qarakənd faciəsinin 35-ci ildönümüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Bu gün Ağdam Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə havanın dəyişkən buludlu keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 17:08

Gəncə yeniyetmələrindən Türkiyədə böyük uğur: 5 idmançı, 5 medal!

Bütün xəbərlər
Dünən, 15:59

Gəncəli basketbolçular milliyə dəvət olunublar

Bütün xəbərlər
Dünən, 15:02

Azərbaycanda da trend olan məhsulda kif-maya göbələkləri aşkarlandı

Bütün xəbərlər
Dünən, 14:18

Gəncənin bu küçəsi 5 gündür zülmətə bürünüb

Bütün xəbərlər
Dünən, 13:40

Gəncədə partlayış səsləri sabah da eşidiləcək - YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 12:30

Gəncədə avtobus dayanacaqlarına pavilyonlar quraşdırılacaq

Bütün xəbərlər
Dünən, 11:48

75 yaşlı şəxs belə xilas edildi

Bütün xəbərlər
Dünən, 10:10

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib

Bütün xəbərlər
Dünən, 09:58

3-cü mikrorayon ərazisi TƏMİZLƏNİB

Bütün xəbərlər
18 noyabr 2026, 17:56

"Bənövşə" bağçasında şəraitsizlik: Təhsil idarəsi problemdən xəbərdardır

Bütün xəbərlər
18 noyabr 2026, 17:33

Dekabrın 4-dəki dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq

Bütün xəbərlər
18 noyabr 2026, 17:00

Gəncədə qəzalı binaların sökülməsi nəzərdə tutulur

Bütün xəbərlər
18 noyabr 2026, 16:25

Gəncədə pavilyonsuz və səkisiz dayanacaq - ŞİKAYƏT

Bütün xəbərlər
18 noyabr 2026, 16:16

"Kəpəz"in futbolçuları milli komandaya dəvət alıb

Bütün xəbərlər
18 noyabr 2026, 15:52

Kinomuzun "Koroğlu"sunun anım günüdür

Bütün xəbərlər
18 noyabr 2026, 15:07

Gəncəli xanım "TikTok"dan paltar sifariş etdi, puldan oldu

Bütün xəbərlər
18 noyabr 2026, 13:19

İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil

Bütün xəbərlər
18 noyabr 2026, 12:18

Yolda sevgilisini yandıran kişi 9 il həbs edildi

Bütün xəbərlər
18 noyabr 2026, 11:45

Cüdoçularımız "Qızıl Tatami Kuboku"nda medal qazandılar

Oxşar xəbərlər