"Kəpəz" Futbol Akademiyasının U-15 komandasının ölkə çempionatında uğurlu çıxışı Azərbaycan yığmasının məşqçi korpusunun diqqətini çəkib.
Gencexeber.az-a bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qapıçı İbrahim Hüseynov və müdafiəçi Sadiq Tağıyev U-15 milli komandasına dəvət alıblar.
Hər iki oyunçumuz yığmanın heyətində noyabrın 23-dən 27-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.