top
Gəncədə xəstəxanada otaq yoldaşını boğub öldürən HƏBS EDİLMƏDİ
Bu gün, 10:56
- ↺ +

Gəncədə xəstəxanada otaq yoldaşını boğub öldürən HƏBS EDİLMƏDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürmədə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonuncu keçirilən prosesdə hökm oxunub.

İttihama görə, Zaur Mustafayev paranoid şizofreniya diaqnozu ilə Gəncə Şəhər Psixiatriya Xəstəxanasının müalicə şöbəsində müalicə olunarkən cinayət törədib.

Məlumata əsasən, o, əvvəllər törətdiyi cinayət əməlinə görə cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən xəstəxanada müalicə olunmaqdansa həbsxanada olmağın daha asan olduğunu düşünüb. İstintaqın versiyasına görə, bu məqsədlə eyni müalicə şöbəsində müalicə olunan pasiyentə qarşı cinayət törətmək qərarına gəlib.

Zaur Mustafayev onunla eyni palatada qalan Miri İsmayılovu əvvəlcə aldadaraq qollarını arxadan bağlamağı təklif edib. O, bunu zərərçəkmiş şəxsə çörək yeyə bilib-bilmədiyini yoxlamaq məqsədilə edəcəyini bildirib. Miri İsmayılov da onun bu təklifinə razılıq verib.

Bundan sonra Zaur Mustafayev iki döşəyin kənar hissələrini dartaraq sökdüyü ipi kəndir kimi istifadə edib. Həmin kəndirin bir hissəsini onun boynuna dolayıb, digər ucunu isə dəmir çarpayıya keçirib. Zaur Mustafayev bir əli ilə Miri İsmayılovun ağzından tutub, digər əli ilə kəndiri çəkərək onu boğaraq öldürüb.

Sonuncu məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib və barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə tibbi xarakterli məcburi tədbir təyin olunub. Təqsirləndirilən şəxsə tibbi xarakterli məcburi tədbir Respublika Psixiatriya Xəstəxanasında həyata keçirilməsi qərara alınıb.

Mənbə: pravda.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:32

Tüfeylilərin zibillədikləri küçə TƏMİZLƏNİB

Bütün xəbərlər
Bu gün, 09:30

Gəncədə "Hyundai" zoomağazaya çırpıldı

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə avtobus dayanacağı heyvan tullantıları ilə qonşu olub

Bütün xəbərlər
Dünən, 18:00

Gəncə idmançıları Mingəçevirdə keçirilən turnirdə 6 medal qazandı

Bütün xəbərlər
Dünən, 17:21

Gəncədə sabah havanın günəşli və yağıntısız olacağı gözlənilir

Bütün xəbərlər
Dünən, 17:15

Deputat: "Vətəndaşın əlilliyi ləğv olunmazdan əvvəl işlə təminatı məsələsinə də baxılmalıdır"

Bütün xəbərlər
Dünən, 16:52

Hərbçilərin həyat yoldaşlarına 500 manat müavinət verilə bilər

Bütün xəbərlər
Dünən, 16:18

Gəncənin zülmətə dönən küçələri

Bütün xəbərlər
Dünən, 15:19

Gələn il minimum gəlir vergisi 5% olacaq

Bütün xəbərlər
Dünən, 14:46

"Kəpəz"in "Qarabağ"la oyununa 1 günə 8400 bilet satıldı

Bütün xəbərlər
Dünən, 14:00

Müdafiə Nazirliyi 810 min manatlıq ayaqqabı kremi alır

Bütün xəbərlər
Dünən, 12:52

SSR-i hələ dağılmamışdı, amma bayrağımız Gəncədə dalğalanırdı

Bütün xəbərlər
Dünən, 12:20

"Tez-gəl" dükanından araq oğurladı, 15 sutka həbs edildi

Bütün xəbərlər
Dünən, 11:48

Quş qripinə qarşı monitorinq keçiriləcək

Bütün xəbərlər
Dünən, 11:17

Gəncədə bu bağçada diş-dişə dəyir

Bütün xəbərlər
Dünən, 10:16

Evdən kişi və qadının meyiti tapıldı – QORXUNC TƏFƏRRÜATLAR

Bütün xəbərlər
Dünən, 10:09

Gəncəli idmançı Bakıda keçirilən turnirin qalibi oldu

Bütün xəbərlər
Dünən, 09:37

Gəncədə binada mənzilləri su basıb

Bütün xəbərlər
Dünən, 08:27

Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:06

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub

Bütün xəbərlər
Dünən, 00:01

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bütün xəbərlər
16 noyabr 2026, 16:57

Yeni tələb müəllimlərin narazılığına səbəb oldu

Bütün xəbərlər
16 noyabr 2026, 15:53

Eksternat təhsil üzrə keçiriləcək imtahanlar üçün sənəd qəbuluna başlanılır

Oxşar xəbərlər